Bu rayona gedən yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 66-69-cu kilometrlik hissəsində, Şamaxı rayonu istiqamətində hərəkət bir zolaq üzrə hissə-hissə məhdudlaşdırılıb.
Məhdudlaşma aparılacaq təmir işləri ilə əlaqədar bu gün saat 10:00-dan etibarən başlayıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA TV-yə verilən məlumata görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.
Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən istiqamətdə yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib