Bu rayonlarda uşaqlar və yaşlılar arasında qrip və öskürək kəskin yayıldı

# 19:33
15 dekabr 2022

Qışın gəlişi ilə ölkədə uşaqlar və yaşlılar arasında infeksion xəstəliklər kəskin hal alıb.

Qeyri- sabit hava şəraiti Aran bölgəsində həm uşaqlar, həm də böyüklərin respirator xəstəliklərinə yoluxması hallarının çoxalmasına səbəb olub. 

Şirvan, Sabirabadda, Neftçala, Salyan, Saatlı və İmişlidə qrip və öskürəklə əlaqədar xəstəxanaya və apteklərə müraciət edənlərin sayı artıb.

Dərman satıcıları bildirir ki, qışın gəlişi ilə qrip, soyuqdəymə və öskürək əleyhinə olan dərmanlara tələbat artıb. Onların bildirdiyinə görə, xəstəxanalarda aparılan qeydiyyata əsasən statistika vermək doğru deyil, çünki insanların çoxu, həkimə müraciət etmədən qrip əleyhinə dərman üçün apteklərə üz tutur.

Ən çox uşaqlar arasında yayılan qrip və öskürək azyaşlıların məktəbə davamiyyətinin pozulmasına səbəb olub.

Həkimlər bildirir ki, qripin spesifik profilaktikası üçün inaktivasiya olunmuş, öldürülmüş və diri vaksin preparatlarından istifadə olunur.

Mütəxəssislər bildirir ki, uşaqların qış aylarında xəstələnməsinin qarşısını almaq üçün payız aylarında vaksinasiya aparılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR