Bu sahələrdə çalışanlar işsiz qala bilər - Sosioloq xəbərdarlıq etdi
“ChatGPT” istənilən mövzuda məlumat verə, hesablamalar apara və kodlaşdırma kimi texniki məsələlərdə istifadəçilərə kömək edə bilər. Ancaq suallara cavab verən süni zəka çatbotu həm də bəzi suallar doğurur.
Hətta bir müddət əvvəl şəxsi məlumatların toplanması qaydalarını pozmaqda şübhəli bilinən “ChatGPT” süni intellekt çatbotunda araşdırma başladılmışdı.
Bəs “ChatGPT” həqiqətən də məlumatlarımızı oğurlaya bilərmi? İT üzrə mütəxəssis Elvin Abbasovla suallarımıza cavab tapmağa çalışdıq.
Elvin Abbasov “ChatGPT”-nin insanları manipulyasiya etməsinin mümkünlüyündən də danışdı.
Psixoloq Gülər Məmmədova isə “ChatGPT”-nin insan psixologiyasına mənfi təsirlərinin ola biləcəyini düşünür.
Süni intellekt sistemləri gündən-günə daha səmərəli nəticə verdiyindən, insanlar çalışdıqları sahə üzrə də bu proqramlardan istifadə etməyə başlayırlar.
Belə qənaətə gəlmək olar ki, indi məlumat mənbəyimizə çevrilən “ChatGPT” kimi tətbiqlər yaxın gələcəkdə iş yoldaşımız ola bilər.
DİGƏR XƏBƏRLƏR

Zabratda küçələrdə işıq yox, ümid işığı da sönmək üzrədir

Qızıl satıldı, toy olmadı - “Ya sən, ya mən”

Gəncədə gənc oğlanı döydülər, can verdi
