Bu şəhərin gecəsi başqa, gündüzü başqa gözəldir

# 17:14
20 iyun 2023

 

Daha 13 ailə 31 ildən sonra ilk dəfə öz dədə baba yurdunda, ata ocağının çırağını yandırdı. 6 mindən çox işçinin, ustaların, fəhlələrin əməyi sayəsində gözəlləşən Laçın şəhəri artıq 213 nəfər övladını öz qoynuna alıb. Gecəsi gündüzü qədər gözəl olan bu şəhərin bir neçə küçəsində gecələr evlərdə işıq yanır gündüzlər qonşular bir –birini salamlayır, Samovar qaynadıb, süfrə açırlar. Laçında yeni gün başlayır, şəhərin küçələrini gəzirik. Bütün küçələrdə, bütün həyətlərdə tikinti, bərpa işləri görülür. 1 dekabr küçəsində çəkiliş apardığımız zaman Nəcəf Abdulovla qarşılaşırıq. Nəcəf ilk günün həyəcanını bizimlə paylaşır. İlk gələn ailələrdən olan Sadıqovlar ailəsi bizi çay süfrəsinə qonaq edir. Sadıqovlar ailəsi ilə sağollaşıb çıxanda bizə məlumat verirlər ki, ermənilər vətən müharibəsi ərəfəsində qonşunun həyətində səngər qazmağa çalışıblar. Bəli, müsahiblərimizin də dediyi kimi, “elə bilərik qorxulu bir yuxu görmüşdük, Oyandıq!”. Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR