Bu səngərlər insanların ziyarətgahına çevrilib

# 21:30
1 oktyabr 2021

44 günlük zəfər yolçuluğunun sonu bizə təkcə erməni işğalında olan tarixi torpaqlarımızı qazandırmadı. Bəli, millət olaraq ən başlıca amalımız lap dəqiq desək, döyüş tapşırığımız işğalçı ordunu əzərək doğma yurd-yuvamızı azad etmək idi. Məqsədimizə çatdıq. Bu yolda canından keçən igid Azərbaycan oğullarını tanıdıq. Qanları tökülən səngərləri ziyarətgaha çevirdik. Belə yerlərdən biri dəTərtərin Dəmirçilər kəndi ərazisində yerləşir. Burada beş qəhrəman artilleriyaçının son döyüşü olub. Vətən savaşının səngəri şanlı zəfərdən sonra ziyarətgaha çevrilib. İndi həmin qəhrəmanların ailə üzvləri, yaxınları və döyüş yoldaşları buranı özlərinə qürur yeri hesab edir. 

Gizir
Sənan Səmədli , əsgər Fizuli Süleymanov , əsgər Qüdrət Adışov,
əsgər Asim Ataşov, əsgər Səməd Hüseynzadənin eyni gündə, eyni döyüşdə həlak olduğu səngəri onlarla çiyin-çiyinə döyüşmüş silahdaşları da ziyarət edir.   


Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində yerləşən səngər də insanların ziyarətgahına çevrilib. Döyüşün ilk günündə düşmənə cavab atəşi məhz buradan atılıb. 44 gün davam edən savaşda düşmənin heç bir cəhdi burada döyüşən topçuları susdura bilməyib.

Böyük qələbəyə şahidlik edən bu səngər Kapitan Əsəd Həsənov, çavuş Orxan Mönsümzadə, əsgər Nurlan Ağakişiyev, əsgər İlqar Hüseynovun şəhid olduğu yerdir.


Elgün Gəncimsoy, Arzu Quliyev APA TV - Qarabağ

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR