Bu şəxslərə 150 milyon manat verildi

# 18:53
25 yanvar 2023

Sahibkarlığın İnkişaf Fondunun 2022-ci ilin fəaliyyət yekunlarına və qarşıda duran vəzifələrinə dair mətbuat konfransı keçirilib.

Konfransda fondun sədri Osman Xaliyev bildirib ki, 2022-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 140 mln. manat kredit verilməsi nəzərdə tutulsa da, ayrılan kreditlərin məbləği 145,9 mln. manat olub.

Onun sözlərinə görə, verilmiş kreditlərin 71%-i, yəni 104,2 milyon manatı kiçik və orta sahibkarlıq subyektlərinə verilib. Verilən kreditlərin 70%-i regionların payına düşür.

Sədr qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə investisiya fəaliyyəti həyata keçirəcək sahibkarlıq subyektləri 500 mln. manat kommersiya kreditinə 450 mln.
manatadək dövlət zəmanətinin təmin edilməsi nəzərdə tutulub.

Fondun sədri əlavə edib ki, 2023-cü ildə ilkin hesablamalara görə, ötən il ərzində verilmiş kredit məbləği qədər kredit ayrılması nəzərdə tutulub.

O bildirib ki, bu məbləğ dəyişə də bilər, amma bu il üçün nəzərdə tutulan məbləğ 150 milyon manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR