Bu şəxslərə rəsmi olaraq 3-cü doza vaksin vurulması tövsiyə olunur
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.
APA TV xəbər verir ki, məlumata əsasən, COVID-19 xəstəliyi əleyhinə hər 2 doza vaksin almış bütün tibb işçilərinin, yaşı 60-dan yuxarı olan əhalinin və immun sistemi zəif şəxslərin 3-cü doza (“buster” doza) ilə peyvəndlənmələri tövsiyə edilir.
Bunun üçün vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.
Qeyd edək ki, “Peyvənd sertifikatı” müddətsizdir və 3-cü dozanın (“buster” doza) vurulması onun müddətinə təsir etmir.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi