Bu şəxslərin rütbəsi artırıldı - Siyahı
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında” sərəncam imzalayıb.
APA TV-nin xəbərinə görə, sərəncama əsasən, Müdafiə Nazirliyinin hərbi qulluqçuları - general-mayor Zakir Samiddin oğlu Ağayev və general-mayor Azər Əli oğlu Əliyevə "general-leytenant” hərbi rütbəsi, polkovnik Nicad Kamandar oğlu Qarayev, polkovnik Akif Səməndər oğlu Pirverdiyev, polkovnik Zaur Zeynalabdul oğlu Rüstəmov, polkovnik Eldəniz Telman oğlu Yəhyayev və polkovnik Zaur İlham oğlu Zeynalova "general-mayor” hərbi rütbəsi, tibb xidməti polkovniki Firudin İsaxan oğlu Nəbiyevə isə “tibb xidməti general-mayoru” hərbi rütbəsi verilib
Dövlət başçısının digər sərəncamı ilə Vətən müharibəsində fərqlənən bir qrup hərbi qulluqçu da təltif edilib
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib