Bu yollar buz bağlayacaq - PROQNOZ AÇIQLANDI
Dekabrın 8-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Bakıda gecə 2-4, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 774-ə yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 8-12° şaxta, gündüz 2-7° şaxta olacaq.
Gecə və səhər dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək