Bundan sonra Şuşanın Avropada daha bir qardaşı var

# 17:33
17 mart 2023

Serbiyanın ölkəmizdəki səfiri Dragan Vladislavjeviç, Novi Pazar şəhərinin meri Nihad Bişevaç, həmçinin digər vəzifəli şəxslərdən ibarət nümayəndə heyəti Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhərindəki Xüsusi Nümayəndəliyinin dəvəti ilə Şuşaya gəlib.

Qonaqları Prezidentin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsi Aydın Kərimov qarşılayıb.

Səfərdə Serbiya Mədəniyyət Mərkəzinin direktoru Cenan Palamar, həmçinin bu ölkənin İnnovasiya Mərkəzinin direktoru Şamsuddin Ployoviç və Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasıyev də iştirak edib.

Qonaqlara Şuşa şəhərinin tarixi, onun Azərbaycan mədəniyyətiyyətindəki əhəmiyyəti barədə danışılıb və Şuşa haqda film izlənilib.

Daha sonra Serbiyanın Novi Pazar şəhəri ilə Şuşa şəhəri arasında qardaşlaşma haqqında anlaşma memorandumu imzalanıb. Sənədi Serbiya tərəfdən Novi Pazar şəhərinin meri, Azərbaycan tərəfdən Prezidentin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsi Aydın Kərimov imzalayıb.

Şuşa və Novi Pazar şəhərlərinin qardaşlaşması haqda anlaşma memorandumu imzalandıqdan sonra tərəflər qarşılıqlı olaraq, hər iki şəhərin tarixini, mədəniyyətini əks etdirən və bu şəhərlərin simvolu sayılan qiymətli nümunələri bir-birinə hədiyyə edib.

Daha sonra tərəflər xatirə şəkli çəkdirib.

Nihad Bişevaç rəhbərlik etdiyi şəhərlə Şuşa şəhərinin qardaşlaşmasını Azərbaycan və Serbiya Prezdientlərinin apardığı siyasətin məntiqi davamı kimi qiymətləndirib.

Aydın Kərimov isə bildirdi ki, Novi Pazarla qardaşlaşma haqqında anlaşma memorandumu Şuşa işğaldan azad edildikdən sonra sayca 7-ci anoloji sənəddir.

Aydın Kərimov onu da bildirib ki, bu anlaşma Azərbaycan və serb xalqı arasında mədəni, iqtisadi, sosial əlaqələrin daha da inkişaf etməsi və möhkəmləsində mühüm rol oynayacaq.

Nümayəndə heyəti işğal dövründə ermənilər tərəfindən dağıdılmış Şuşa şəhərinin tarixi abidələri ilə tanış olub, yaşayış binalarının, mədəniyyət, təhsil, səhiyyə ocaqlarının üzləşdiyi vandalizm faktlarını əyani şəkildə müşahidə edib.

Daha sonra qonaqlar Cıdır Düzünə gedib, burada təbiətin gözəlliyinə heyran olublar. Serbiyalı nümayəndə heyətinə Şuşada dağıdılmış tarixi abidələrin bərpası, bu istiqamətdə görülən işlər haqqında ətraflı məlumat verilib.

 

Teymu Zahidoğlu, Xəyal İsgəndərov

APA TV - ŞUŞA

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR