Bütün dünyanın marağı Azərbaycan silahındadır - MƏDƏT QULİYEVDƏN VACİB MESAJ

# 18:32
6 sentyabr 2022

“Bu möhtəşəm tədbirə imza atan Prezidentimiz, cənab İlham Əliyevdir”.

 

Bunu Müdafiə Sənayesi naziri Mədət Quliyev Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisində jurnalistlərə açıqlamasında deyib.

 

“44 günlük müharibədə Azərbaycan dünyaya qalib dövlət kimi tanındı. Bütün dünyanın marağı Azərbaycan silahındadır. Bu gün rekord qonaqlar var. 34 ölkədən 208 şirkət və 4 mindən artıq qonaqlar var. Hamını Azərbaycanın silahları maraqlandırır. Çünki, bizim istehsal etdiyimiz silahlar müharibə imtahandan uğurlar keçib. Ona görə bu silahların xüsusi qiymətləri var. Bu gün stendlərdə yeni silahlarımızı da nümayiş etdiririk. Ümumi olaraq 179 növ silahlar nümayiş olunur.  Bura yeni bir meydançadır. Burada biz həm təşkilatlarla tanış oluruq, bir yerdə işləmək barədə fikirləşirik. Əlaqələrimizi artırırıq. Mən xalqımızı belə bayram münasibətilə təbrik edirəm. Biz sülhsevər xalqıq, bizim heç kimin heç nəyində gözümüz yoxdur. Amma deyirlər ki, sülhlə yaşamaq istəyirsənsə, müharibəyə hazır olmalısan. Dövlət başçısı da bunu bizdən tələb edir. Ordumuz dünyada müdafiə qüvvələri içərisində ən güclü 50 ölkəndən biridir. Dövlət başçımızın apardığı siyasət nəticəsində bizim bütün dünya ölkələri ilə əlaqələrimiz var. Amma xüsusi prioritet ölkələr var. Bunlar Türkiyə, İsrail, Pakistandır. Əsas işlərimiz həmin üç dövlətlərlədir. Amma ümumi olaraq 50-dən çox ölkələrlə və şirkətlərlə əlaqələrimiz var.”

 

Fuad Sadıqov

Xəyal Namazov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR