Bütün gözlər Azərbaycanda: Prezidentin müsahibəsindəki açıq mesajlar

# 16:39
2 oktyabr 2021

27 Sentyabrda Azərbaycan vətən müharibəsinin başlamasının 1-ci il dönümünü anım günü kimi qeyd etdi. Dünya ictimaiyyətinin diqqəti yenidən ölkəmizə, xüsusən Ali Baş Komandan, Prezident İlham Əliyevə yönəldi. Ölkə başçısı dünyanın bir sıra aparıcı telekanallarına müsahibələr verdi. Prezident İlham Əliyev bu dəfə də, qətiyyəti, ölkəmizin ədalətli mövqeyini ortaya qoyması, eyni zamanda xüsusi natiqlik qabiliyyəti ilə  diqqəti özündə cəmləşdirdi.

 

APA TV-yə açıqlama verən deputat Elman Məmmədov deyir ki, hazırda Azərbaycanla bağlı məsələlər bütün dünyada müzakirə olunur və ölkəmizin haqq işini əksər dövlətlər dəstəkləyir. Deputatın sözlərinə görə, müəyyən dövlətlər, xırda təşkilatlar Azərbaycanın haqq işinə kölgə salmağa çalışsa da, Azərbaycan Prezidenti bu dövlətlərə beynəlxalq hüquqa əsaslanan adevkat cavablar verir: “Cənab Prezident hələ müharibə dövründə 30 dan çox dünyanın tanınmış media qurumlarına, informasiya agentliklərinə müsahibələr verdi. Çox təəssüf ki, gələn jurnalistlərin çoxu qərəzli mövqe sərgiləyirdi. Ölkə başçısı özü dediyi kimi, onlar jurnalistdən daha çox prokuror mövqeyi sərgiləməyə çalışırdılar. Ancaq  Cənab Prezident verdiyi yüksək cavablar sayəsində onlar verdikləri suallara əsaslandırılmış cavablar alırdılar. Həm diplomatik baxımdan, həm dövlət başçısı kimi, həm də sərkərdə kimi”.

 

Elman Məmmədovun fikrincə, bu proses bu gün də davam edir: “Frans 24 telekanalının jurnalisti prezidentə sual verir ki, Dağlıq Qarabağa muxtariyyət verilməyəcək?  Status kvo olmayacaq? Cənab prezident qəti şəkildə dedi ki, xeyir verilməyəcək”.

 

Deputat Fazil Mustafa isə deyir ki, ölkə başçısının dünya ictimaiyyəti ilə təmaslarında, beynəlxalq təşkilatlarla görüşlərində ana xətt Qarabağın gələcəyi ilə bağlı mövzu olur.  Onun sözlərinə görə, Azərbaycan Prezidenti son günlərdə olan çıxışlarda məsələyə daha aydın şəkildə öz münasibətini bildirdi: Prezident  ilk növbədə Qarabağın hər hansı bir statusunun olmayacağı, Qarabağın artıq Azərbaycanın iqtisadi bölgəsi, rayonu kimi olduğunu, bütün münasibətlərin bu konteksdə müəyyən olunduğunu, Ermənilərin ölkəmizdə yaşayan digər azsaylı xalqları kateqoriyasına daxil olduğunu bildirdi. Bu həm də onu göstərdi ki, Azərbaycan artıq kiminsə diktəsi ilə Qarabağın süni formada hansısa bir siyasi formasının Azərbaycana diktə olunmasına icazə verməyəcək. Bu birmənalı şəkildə sonuncu müsahibədə də özünü göstərdi”.

 

Deputatın sözlərinə görə, Prezident qətiyyətli fikirlər səsləndirərək, istənilən ölkənin Azərbaycanın daxili işlərinə qarışmasının yolverilməz olduğunu bildirdi və göstərdi ki, Gorus-Qafan yolunda nəzarət etməklə Azərbaycan özünün suverən hüququnda istifadə edir: “Hər hansı bir ölkə Azərbaycanın başı üzərindən Qarabağda yaşayan Ermənilərə dəstək verərsə, Azərbaycan tərəfi bunun qabağını qətiyyətli şəkildə alacaq. O cümlədən İranın da bu məsələ də qonşuluq prinsipinə uyğun davranması zəruridir. Əgər bu davranışdan İran imtina edərsə bu, özü üçün baha başa gələcək, çünki Azərbaycan əvvəlki Azərbaycan deyil və kifayət qədər gücü olan bir ölkədir. Əgər bu cür təhdidlərdə  maraqlı olsalar layiqli cavab veriləcək”.

 

Deputat bildirib ki, ölkə başçısı son günlər olan çıxışlarında qonşularımızla normal əlaqələrimizin inkişaf etməsində maraqlı olduğunu vurğulayıb. Bu inkişaf həm də regionun gələcək inkişafına töhfə verə bilər.

 

Xələf Xələfov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR