Buzovnada dəhşətli cinayət
Bakıda oğul atasını döyərək öldürüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, hadisə yanvarın 8-də Xəzər rayonu Buzovna qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini İbrahim İbrahimov xəsarətlə xəstəxanaya yerləşdirilib. O, huşsuz vəziyyətdə olduğu üçün dindirilməsi mümkün olmayıb.
Polisin apardığı araşdırmalarla məlum olub ki, oğlu, əvvəllər məhkum olunmuş Azər İbrahimovun sərxoş vəziyyətdə atasını döyüb. İ.İbrahimov yanvarın 12-də xəstəxanada ölüb. Polisin keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.İbrahimov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir