Buzovnada qanunsuz obyektlər söküldü

# 18:33
28 fevral 2023

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

 

FHN tərəfindən Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşənTəmənisyaşayış massivində və Nəriman Əliyev küçəsində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktları aşkar edilib.

 

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyektlər sökülüb.

 

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin əməkdaşı Orxan Kətanovun sözlərinə görə, tikinti sahibi olan fiziki şəxslərə dəfələrlə məlumat verilsə də, onlar işi dayandırmayıblar.

Orxan Kətanov bildirib ki, FHN tərəfindən bütün respublika ərazisində qanunsuz tikintilərin qarşısının alınması istiqamətində işlər davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR