Canavarlar kəndə hücum etdi
Yevlaxda canavar otaqda qoyun sürüsünə hücum edib.
APA TV-nin Mingəçevir bürosunun məlumata görə, hadisə Ərəş kəndində baş verib. Kəndə bitişik otlaq sahəsində dolaşan yalquzaq kənd sakini Rövşən Quliyevin qoyunlarından bir neçəsini yaralayıb. Çobanın və itlərin müdaxiləsi ilə canavar sürüdən uzaqlaşdırılıb.
Rövşən Quliyevin sözlərinə görə, bu son günlərdə baş verən heç də ilk hadisə deyil. Ərəş kəndi və ətrafında mütəmadi canavar sürüsü dolaşır və onların mal-qaraya hücumları davamlı xarakter daşıyır.
Ehtiram Muradov
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu