Cavad xanın ölümündən 218 il ötür - GƏNCƏ XANI YAD EDİLDİ

# 19:24
4 yanvar 2022

Cavad xan Gəncədə XVI əsrdən hökmranlıq edən Ziyadoğlular nəslindəndir. Ziyadoğlular ilk doqquz Qızılbaş tayfalarından olan Qacarların bir qoludur. O, dövrünün ən güclü diplomatlarından biri olub. Cavad çar imperiyasına güvənmirdi.

1803-cü ilin 22 noyabrında Sisianovun qoşunları Tiflisdən Gəncə istiqamətində hərəkət edirlər. Cavad xanın kömək üçün qonşu xanlıqlara müraciəti isə cavabsız qalır.

Cavad xanın Gəncənin tarixində özünə görə xüsusi var idi. Onun Gəncənin çiçəklənməsində  böyük xidmətləri olub.

Sisianov Cavad xanı məğlub edə bilməyəcəyini görüb imperatordan hərbi kömək istəyir. Nəhayət yardım gəlib çatdı. Dağıstan alayları Tiflisə çatıb onun sərəncamına verilir. Bir neçə gündən sonra Gəncəyə yaxınlaşaraq onu mühasirəyə alırlar. Qala fasiləsiz olaraq top atəşinə tutulur. Döyüş Gəncə darvazaları tərəfdə “Quru Qobu” deyilən ərazidə gedir.

Qüvvələrin qeyri-bərabərliyi və rus ordusunun yaxşı silahlanması, qalada olan ermənilərin satqınlığı nəticəsində Sisianovun qoşunları qalanın əsas qüllələrini ələ keçirirlər. 1804-cü il yanvarın 3-dən 4-nə keçən gecə Cavad xan və oğlu Hüseynqulu xan qəhrəmancasına həlak olur.

Yanvarın 4-də artıq ruslar şəhərə daxil olurlar. Gəncənin tarixi adı dəyişdirilərək Yelizavetpol dairəsi adlandırılır. Cavad xan Ziyadoğlular qəbiristanlığında dəfn edilir.

Cavad xanın qəhrəmanlığı dillərə dastan olub. Onun haqqında əsərlər yazılıb. Hər il yanvar ayının 4-də şəhər ictimaiyyəti Cavad xanın məzarını ziyarət edir. Şəhərin əsas küçələrindən biri onun adını daşıyır. Onun adı mərdlik simvoluna çevrilib.

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Gəncə

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR