Cavanşir Feyziyev istefa verdi
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Cavanşir Feyziyev istefa verib.
APA TV xəbər verir ki, bu barədə Cavanşir Feyziyev “Facebook” səhifəsində bildirib.
O diqqətə çatdırıb ki, son günlərdə “Facebook”da paylaşdığı statusla bağlı yaranan qalmaqal, həmçinin işinin çoxluğu Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti üzvlüyündən istefa verməyi zəruri edib.
“Razıyam ki, emosional şəraitdə yazdığım statusun mətni kifayət qədər sərt olub və bu barədə də əlavə status yazaraq bunda özümü haqlı hesab etmədiyimi bildirmişəm”, - deyə Cavanşir Feyziyev vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
Diplomatlar Xankəndiyə səfər etdi- şəhərdə görülən işlərlə tanış oldular
Diplomatik korpus Qarabağ və Şərqi Zəngəzura səfər edib
Prezident kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib