Çavuşoğlu: "Ermənistanla normallaşma prosesi davam edir, bəzi addımlar atılıb"
"Ermənistanla normallaşma prosesi davam edir, bəzi addımlar atılıb". APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. “Bu, Azərbaycanla koordinasiya şəklində davam edir, Ermənistanda bundan bir az narahat olurlar, amma biz şəffaf ölkəyik. Hər nə qədər normallaşma prosesi ikitərəfli olsa da, bütün Cənubi Qafqazın sabitliyi üçün hər birimizin addım atması lazımdır”, - deyə o bildirib. Çavuşoğlu Ermənistanı bu məsələdə yayınmamağa, səmimi olmağa çağırıb: “Biz səmimiyik, Azərbaycanın da səmimi olduğunu görürük”.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib