Çay evində müştərilərə qəlyan təklif edən sahibkar cərimələndi
Abşeronda karantin qaydalarını pozan və müştərilərə qəlyan təklif edən çay evi aşkar edilib.
DİN mətbuat xidmətindən APA TV-yə daxil olan xəbərə görə, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “No name” çay evində qəlyandan istifadə edilməsi barədə polis orqanlarına məlumat daxil olub.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilib. Obyektin icarədarı Səbuhi Nağıyev və daha 5 müştəri polislər tərəfindən saxlanılıb. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib və hər biri cərimə olunublar.
DİGƏR XƏBƏRLƏR
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU
Qarabağdakı abidələr hansı tarixi həqiqətləri yaşadır?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 284 sakin yurda döndü