Cəbhədə gərginlik: Kəlbəcərdəki mövqelərimiz atəşə tutuldu
Bu gün saat 03:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan istifadə etməklə atəşə tutub.
Bu barədə APA TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan bölmələrinin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib