Cəlilabad polisi “BMW”dən 12 kiloqramdan artıq heroin aşkarladı
Cəlilabadda avtomobildən 14 kiloqramdan artıq narkotik aşkarlanıb.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Saatlı rayon sakinləri, əvvəllər bir neçə dəfə məhkum olunmuş Mübariz Məmmədov, Xanhüseyn Nuriyev və İslam Zeynalov saxlanılıb.
Polis şöbəsində İslam Zeynalovun idarə etdiyi “BMW” markalı avtomobilə baxış zamanı oradan 12 kiloqram 390 qram heroin, 1 kiloqram 150 qram tiryək, 1 kiloqram 100 qram metamfetamin, 1 ədəd balta, 2 ədəd bıçaq və 2 ədəd taxta dəyənək aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik