Cəlilabad rayonundakı bazarda baş verən yanğın lokallaşdırılıb

# 03:16
22 avqust 2022

Xəbər verdiyimiz kimi bu gün günorta saatlarında Cəlilabad rayonunun Göytəpə Şəhərində yanğın hadisəsi baş verib. APA TV – nin cənub bürosunun verdiyi məlumata görə yanğın hadisəsi Göytəpə şəhərində ticarət mərkəzlərinin birində baş verib. Qısa müddətdə alov genişlənərək yaxınlıqdakı bazarı və bazar ətrafı mağazaları əhatə edib. Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri böyük tərkibdə çağırış üzrə hadisə yerinə cəlb edilib. Görülən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın lokallaşdırılıb. Yanğının ilkin olaraq hansı səbəbdən başlandığı hələ ki, məlum deyil. Bəzi sakinlər kiçik partlayış səsi eşitdiklərini söyləyir. Külək sayəsində isə yanğının əhatəsinin genişləndiyini və gücləndiyini bildirirlər. Hadisə daha çox bazarın geyim satılan sektoruna və ön hissədə yerləşən, bazar ərazisinə daxil olmayan iaşə obyektinə zərər vurub. 3 mərtəbəli, aşağı hissəsi dəftərxana malları satılan , yuxarı mərtəbəsi isə restoran olan obyekt içəridəki əşyalarla bərabər tam yanaıb. İlkin hesablamalara görə bazarın 300 kvadratmetrlik ərazisindəki obyektlər yanıb. Hadisə zamanı hisslərinə hakim ola bilməyən zərərçəkənlərə ətrafdakılar yardım göstəriblər. Buna baxmayaraq, təhlükəli vəziyyəti nəzər alan obyekt və dükan sahibləri dərhal əşya və digər ləvazimatları ətrafdakı sakinlərin köməyi ilə təhlükəsiz yerə çıxara biliblər. Bazar daxilində obyektləri yanan sahibkarlar onlara dəyən ziyanın ödəmək imkanları olmadıqlarını, malların nisyə və ya kredit şəkilində satış üçün götürdüklərini deyirlər. Hazırda yanğının tam lokallaşdırılması istiqamətində işlər davam edir. Bundan sonra müvafiq qrumlar araşdırma işlərinə başlayacaq. Araşdırmanın nəticəsindən sonra yanğının hansı səbəbdən baş verməsi məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR