Cəlilabadda ağır qəza baş verdi

# 12:27
9 sentyabr 2022

Cəlilabadda avtomobil qəzası olub.

 

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, hadisə Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. “Mercedes” markalı avtomobil hərəkətdə olarkən, "Kamaz" markalı yük avtomobilini aparan “İsuzu” markalı evakuatora çırpılıb. Əraziyə FHN - nin xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən - xilasediciləri köməyə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində avtomobildən sıxılı vəziyyətdə qalan şəxsin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Qəza nəticəsində minik avtomobilində olan bir ailənin üzvləri, Masallı rayon sakinləri 70 yaşlı Məcid Talıbov, 30 yaşlı Vüsalə Talıbova, 12 yaşlı Məcid Talıbov və 14 yaşlı Yusif  Talıbov xəsarət alıblar. 68 yaşlı Zümrüd Talıbova isə vəfat edib.

 

Yaralılar dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

 

İlkin Rzayev

Rövşən Almazoğlu

APA TV Cəlilabad

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR