Cəlilabadda çardaq maşının üstünə düşüb

# 17:04
12 yanvar 2023

Ölkə ərazisinə yağan qar Cəlilabadda bir sıra fəsadlar törədib.

 

Şəhərin bir neçə küçələrində iri gövdəli ağaclar qarın ağırlığına tab gətirməyərək yollara, tiklilərin üzərinə, eləcə də səkilərə aşıb. Bir sıra ərazilərdə nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Bu gün səhər saatlarından etibarən müxtəlif dövlət qurumları gücləndirilmiş iş rejimində çalışaraq baş verən fəsadların aradan qaldırılması istiqamətində işlərə başlayıb.

 

Qar kütləsinin ağırlığından şəhərin Fərid Əhmədov küçəsində Saməddin Muradova məxsus fərdi yaşayış evinin çardağı çöküb. Nəticədə ev sahibinə məxsus şəxsi avtomobilə də ziyan dəyib.

 

Qarın yağması yalnız problemlərlə deyil, sevincli anlarla da yadda qalıb. Bu sevincdən daha çox uşaqlara pay düşüb.

Qeyd edək ki, bu gün günorta saatlarından etibarən bölgədə qarlı hava müşahidə edilmir.

 

Sinoptiklər havanın tədricən mülayimləşəcəyini bildirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR