Cəlilabadda itin dişlədiyi uşaq ölüb

# 20:36
25 may 2023

Cəlilabadda itin dişlədiyi azyaşlı dünyasını dəyişib.

Hadisə rayonun Röyal Nəsirov küçəsində baş verib. Mağazadan evə qayıdan bacısına sahibsiz itin  hücum etdiyini görən 11 yaşlı Zülfiyyə Rzayeva onu itin dişindən almağa çalışıb. Zülfiyyə bacısını xilas etsə də,  özü itin hücumuna məruz qalıb və  çoxsaylı xəsarətlər alıb. Təcili  xəstəxanaya çatdırılan azyaşlıya quduzluq əleyhinə vaksin vurulub, yaraları tikilib. Zülfiyyə Rzayeva xəstəxanada bir neçə gün müalicə aldıqdan sonra, qəfildən dünyasını dəyişib. Hadisədən sonra sakinlər azyaşlının ölümünə səbəb olan quduzluq xəstəliyinin daşıyıcısı ehtimal olunan sahibsiz itin,  digər şəxslərə hücum çəkə biləcəyindən narahatdırlar.

Quduzluq xəstəliyinin daşıyıcı olduğu güman edilən sahibsiz itin küçələrdə gəzməsi sakinləri təşvişə salıb. Nəhayət sakinlərin 3 – 4 gündür ki, izinə düşdüyü həmən it, bu gün tapılıb. Onlar bildirirlər ki, nə qədər başqa bir bədbəxt hadisə baş verməyib, aidiyyəti orqanlar gəlib iti aparıb, sığınacağa yerləşdirməlidir.

Məsələ ilə bağlı heyvan sağlamlıq və baytarlıq idarəsinin Cəlilabad rayon şöbəsindən bildirdilər ki, idarə yalnız sahibləri olan itlərin vaksinasiyasını və lokalizasiyası məlum olan yerlədə sahibsiz itlərin yalnız yem halında vaksinasiyasını aparır. Mövcud vəziyyətdən çıxış yolu isə bu heyvanlar üçün sığınacaqların hazırlanmasıdır ki, yaxın günlərdə bölgələrdə bu tip mərkəzlərin tikilməsi dövlət proqramına salınıb.

İlkin Rzayev

Rövşən Almazoğlu

APA TV Cəlilabad

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR