Cəlilabadda mal ferması yandı
Cəlilabadda mal fermasının yanması nəticəsində 29 baş iribuynuzlu heyvan yanaraq tələf olub.
APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Sərhədabad kəndində baş verib. Kənd sakini Anar Qasımova məxsus tövlədə başlanan yanğın tez bir zamanda bütün tikiliyə yayılıb. Fermanın içində heyvanlar üçün tədarük olunmuş quru otun olması yanğının qarşısının alınmasını çətinləşdirib. Hadisə Yerinə Cəlilabad Yanğından Mühafizə hissəsinin 3 texnikası cəlb olunub. Fermanın müəyyən hissələri alovdan mühafizə olunsa da içəridə olan heyvanlar və tədarük olunmuş quru ot bağlamaları tamamilə yanıb. Hadisənin Elektrik naqillərində baş vermiş qısaqapanmadan qaynaqlandığı ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
İlkin Rzayev, Rövşən Almazoğlu, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu