Cəlilabadda ziyarətgah ərazisində yerləşən məscid yandı

# 16:59
17 may 2023

Cəlilabad rayonunun Dələli kəndində məscid yanıb.

Məcidin 5 otağı tamamilə yanıb. Alov söndürülüb, yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.

İlkin ehtimala görə yanğın, məsciddəki elektrik xətlərindəki nasazlıqdan qaynaqlanıb.

Yanğın zamanı məsciddə olan avadanlıqlar sıradan çıxıb. Hadisə zamanı məsciddə heç kim olmadığından, xəsarət alan olmayıb. Yanan məscid və ziyarətgah ərazisi kənd sakini Mürvət Nəzərova məxsusdur.

Yanğının baş verən ərazi el arasında  “Üç qəbir” piri kimi tanınır. Ziyarətgah ərazisində 1959-cu ildə qədim qəbirlər aşkarlanıb. Dini - tarixi abidə kimi rəsmi qeydə alınıb. Bundan sonra bura müqəddəs yer kimi məşhurlaşıb.

Qeyd edək ki, yanan məscid də bu ziyarət kompleksinə daxildir. 

İlkin Rzayev

Rövşən Almazoğlu

APA TV Cəlilabad

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR