Cəlilabadın dərdi var: Unudulan küçələr, boşalan evlər... - APA TV

# 10:24
14 oktyabr 2022

Cəlilabad rayonunun bərbad vəziyyətdə olan 100-ə yaxın küçəsinin bərbad vəziyyəti sakinləri cana gətirib.  

 

XXI əsrdə yol problemini yaşayan şəhid Vüqar Niftullayev adına olan küçənin sakinləri dərdlərini APA TV – nin mikrofonuna danışıblar. Bildiriblər ki, bura Cəlilabad şəhərinin mərkəzi küçələrindəndir və 150 – dən çox ailə yaşayır. Təqribən 5 – 6 il bundan əvvəl küçə asfalt olub. Şəhər ərazisində kanalizasiya sistemi çəkiləndən sonra bir çox yollar kimi bura da bərbad vəziyyətə düşüb.

 

Küçənin yol problemi bir qırağa, su arxları da tutulub. Bu da küçənin üfunət qoxumasına səbəb olur.

 

Problemlə bağlı üz tutduq Cəlilabad rayon icra hakimiyyətinə. İcra başçısının şəhər ərazi dairəsi üzrə nümayəndəsi Ramil Əmənovdan sözügedən küçənin yol probleminin nə zaman həll olunacağını soruşduq. Qurum rəsmisi açıqlama vermək əvəzinə bizdən rayona nə üçün gəlməyimiz barədə arayış və ya bir sənəd təqdim etməyimizi istədi.

Uzun söz-söhbətdən sonra rəsmi nümayəndə ilə baş tutan söhbətimizdən məlum oldu ki, Cəlilabad rayonunda  100 - ə yaxın küçə, məhəllə var ki, asfalt olunmalıdır. Hazırda o küçə və məhəllələrdə asfatlama işlərinə başlanılıb. O ki, qaldı şəhid Vüqar Niftullayev və ona bitişik küçələrə, bu il üçün həmin küçələrin asfaltlanması nəzərdə tutulmayıb. İlin sonuna kimi bu küçələrin hamarlanması üçün əraziyə qrederin salınması nəzərdə tutulub. Amma bu işin də nə vaxt ediləcəyi hələ ki, bəlli deyil.

 

İlkin Rzayev

Rövşən Almazoğlu

APA TV Cəlilabad

 

 

 

 

 

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR