Cəmi 6 yaşında əsir düşən Xocalı sakini - Danışdıqlarını dünya eşitməlidir
Firəngül Kərimova bir insanın görə biləcəyi ən dəhşətli günü cəmi 6 yaşında görüb. 26 fevral günü Xocalıda yaşanan soyqırımında yaxınlarını, doğmalarını itirib. Körpə yaşında erməni silahlıları tərəfindən Xocalıda törədilən dəhşətli qətliamın şahidi olub.
Firəngül Kərimova bir gün girovluqda qaldıqdan sonra erməni meytləri müqabilində dəyişdirilib. Özü sağ-salamat qayıtsa da, o dəhşətli gecədə ailəsinin 4 üzvünü itirib. Atası Kərimov Firuz Samran oğlu, babası Kərimov Samran Soltan oğlu, əmisi Kərimov Soltan Samran oğlu və adını daşıdığı nənəsi Kərimova Firəngül Məhəmməd qızı.
Firəngül Kərimova deyir ki, bu gün yeganə təsəllisi torpaqların işğaldan azad olunmasıdır. Azərbyacan ordusunun qisası qiyamətə qoymamağıdır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib