Cənub bölgəsində ilaxır çərşənbədən sonra mütləq bu ritual icra olunur

# 14:51
15 mart 2023

Cənub bölgəsində sonuncu və ya İlaxır çərşənbə ərəfəsində icra olunan rituallardan biri də çərşənbədən sonrakı gün su üstünə getməkdir. Adət-ənənəyə uyğun olaraq bu dəfə də şəhər sakinləri su üstünə gediblər. Lənkəranlılar, Lənkəran çayının sahilinə toplaşıb, xoş arzular, gözəl sözlər deyib, xalqımızın əmin-amanlığı üçün dualar ediblər.  Çay kənarında qohumlar, tanışlar, dostlar hal-əhval tutub, bir - birlərinin bayramlarını təbrik ediblər.

Ənənəyə görə məhz bu gün insanlar suya niyyətlərini deyir, dərd-qəmlərinin su ilə axıb getməsini arzulayırlar. Bu ərəfədə Lənkərana gələn qonaqlar da çox olur.

Yerli sakinlərin su üstünə gəlmələrini müxtəlif cür izah edirlər. Suyun həyat olduğunu, susuz yaşamağın mümkün olmadığını və suyun pak olduğunu bildirirlər. Sakinlər çaydan su götürür. Bu suya da "lal su" deyirlər. Adətə görə, suyu götürən şəxs evə çatana kimi yol boyu heç kim ilə danışmamalıdır. Yalnız evə, otaqlara bu sudan səpdikdən sonra niyyət edilir, xeyir-dua verilir. Deyilənə görə, həmin dualar mütləq yerinə yetir.
 

Qeyd edək ki, illərin sınağından çıxan bu adət-ənənə gün boyu icra olunur.

İlkin Rzayev
Rövşən Almazoğlu
APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR