Cənublu qardaşlarımıza deyirəm ki, bu fatehlik tək Qarabağla bitməyəcək - Siyavuş Novruzov
“Bugünkü iclas Milli Dirçəliş Gününə təsadüf edir. Milli azadlığa gedən yol Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır”.
APA TV xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev Türkmənçay müqaviləsindən sonra yeganə şəxsdir ki, şəkilləri İranın ürəyi olan şəhərlərdə divarlara vurulur: “Əmir Teymurdan, Şah İsmayıl Xətaidən sonra yeganə Prezident İlham Əliyevə Qarabağ Fatehi adı verilib. Cənublu qardaşlarımıza deyirəm ki, bu fatehlik tək Qarabağla bitməyəcək”.
Deputat təklif edib ki, büdcədə təhlükəsizlik, müdafiə məsələləri daha geniş əhatə olunsun: “Havadan barıt qoxusu gəlir. Ona görə müdafiə, təhlükəsizlik xərcləri daha geniş məsələləri əhatə etməlidir”.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu