Çernobılda 7 avtobus rus əsgəri hara yoxa çıxdı?

# 19:06
1 aprel 2022

Rusiya Ordusunun Ukraynaya hücumu zamanı ilk günlərdə Çernobıl Atom Elektrik Stansiyası və ətraf əraziləri öz nəzarətinə altına alıb. Maraqlıdır ki, həmin ərazidə Rusiya qüvvələri hər hansı güclə qarşı-qarşı gəlməmişdi və bəzi siyasilər Rusiya ordusunun fevralın 24-də Çernobla maneəsiz girişini Ukraynanın tələsi adlandırırdı. Çünki həmin ərazilər Atom Elektrik Stansiyasının təsirindən böyük radiasiya məruz qalıb. Pentaqonun 31 mart məlumatına görə isə Rusiya qoşunları tələsik olaraq Çernobıl AES-in ərazisini tərk edərək Belarus ərazisinə keçməyə başlayıb. Bu isə böyük marağa səbəb olub. ABŞ Müdafiə Nazirliyindən mediaya verilən xəbərə görə, Kreml böyük əraziləri tərk etsə də, AES ətrafında hələ də qoşunlar qalmaqdadır. “Biz onların getdiyini düşünürük. Ancaq onların hamısının getdiyini deyə bilmərəm”, - deyə mənbə qeyd edib.

Çernobıl Tur operatorları Assosiasiyasının prezidenti Yaroslav Yemelianenko Rusiya ordusunun ərazidən çıxma səbəbini əsgərlərin yüksək şüalanmaya məruz qalmaları ilə izah edib. O şəxsi sosial şəbəkə hesabında qeyd edib ki, radiasiyaya məruz qalmış avtobuslarla dolu əsgərlər Belorusiyanın Qomel şəhərindəki şüa yoxlama mərkəzlərinə aparılıb və yoxlama zamanı onların üzərlərində normadan artıq şüa müşahidə olunub.

Sitat: Belarusun Qomel şəhərindəki şüa müalicəsi mərkəzinə 7 “PAZ” avtobus dolusu Rusiya əsgəri aparılıb. Bu barədə məlumatı Belarus mətbuatı məlumat verib. Ordu AES-ə girdiyi zaman təhlükəsizlik qaydalarına əməl etməyiblər və "Qırmızı Meşə”yə girdikləri üçün radiasasiyaya məruz qalıblar. Əsgərlər üzərilərində qoruyucu vasitələr olmadan həmin əraziyə girib və radioaktiv tozların bədənlərinə daxil olmasına şərait yaradıblar Sitatın sonu

Alimlər bildirirlər ki, 1986-cı ildə Çernobıl AES-də baş vermiş nüvə fəlakətindən sonra bölgədəki şam ağacları radiasiya səbəbindən qırmızıya çevrilib. Buna görə də ərazi “Qırmızı Meşə” adını alıb. Çernobılda hələ də yüksək radiasiya olduğu üçün heç kəsin, o cümlədən elektrik stansiyasının əməkdaşlarının həmin əraziyə getməsinə icazə verilmir.

 

Məsələni araşdıran “Reuters” agentliyi aşkar edib ki, Rusiya ordusu "Qırmızı Meşə” ilə hərəkəti zamanı həm özlərini zəhərləyiblər, həm də 1986-cı ildəki qəzadan sonra yerə yatmış olan radiasiyalı tozları da hava qaldırıblar. Agentliyə açıqlama verən AES-in işçisi  24 fevral gününü belə xatırlayır.

“Stansiyanın arxasındakı yolla böyük hərbi maşın karvanı keçirdi və bu yol “Qırmızı Meşə”dən gəlirdi. Karvan nəhəng toz dumanı qaldırmışdı. Radiasiya təhlükəsizliyi sensorları dərhal şüalanmanın artdığını göstərirdi” – deyə mənbə bildirib.

Baş verənlər mediada açıqlanandan sonra bəzi Avropa ölkələrində toz buludlarının təhlükəsi ilə bağlı qərarlar verilib. Norveç hökuməti vətəndaşlara sığınacaqlarının hazır vəziyyətə gətirilməsi və radiasiya əleyhinə dərman ehtiyatlarının toplanması üçün müraciət də edib.

Ölkənin müdafiə naziri Odd Rocer Enoksen yerli mediaya açıqlamasında küləyin istiqamətindən asılı olmayaraq radioaktiv tozların şimal tərəfə meyil etdiyini bildirib. O qeyd edib ki, sığınacaqları girilməsi üçün yaranan təhlükədən 72 saat əvvəl məlumat veriləcək.

Sitat: Uşaqlar üçün radiasiya dərmanı ehtiyatı saxlanılmalıdır. Hər evdə baş verən təhlükəni zəiflətmək üç günlük bloklayıcı tiroid dərmanları ehtiyatı əldə edilməlidir.” Sitatın sonu

Ukrayna baş nazirinin müavini İrina Verejçuk isə təkcə Ukraynanın deyil, bütün Avropanın  təhlükə altında olduğun li olduğunu öz facebook hesabında paylaşıb.

Fuad Sadıqov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR