"Cəsur döyüşçü" xərçəngə qalib gələ bilmədi
Vətən müharibəsi qazisi İlham Dadaşov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Cəlilabad rayonunun Günəşli kənd sakini İ. Dadaşov uzunsürən xərçəng xəstəliyindən dünyasını dəyişib. Qeyd edək ki, İ. Dadaşov Vətən müharibəsinin ilk günlərindən döyüşlərə cəlb olunub. O, göstərdiyi şücaətə və döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə "Cəsur döyüşçü", "Vətən uğrunda" və digər medallarla təltif edilib. 48 yaşlı mərhum ailəli olub, iki övladı yadigar qalıb
DİGƏR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”