Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı olub
Cari ilin 27 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən APA TV-yə verilən xəbərə görə, tərəflər bölgədə hazırda mövcud olan vəziyyəti və üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri, o cümlədən bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı üçtərəfli işçi qrupunun fəaliyyətini müzakirə ediblər.
Nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib