Çindən kənarda koronavirusa yoluxanların sayı 2 min nəfəri keçib
Çin sərhədlərindən kənarda yeni növ koronavirusa yoluxma halı 2 min nəfəri keçib.
APA Tv xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqladığı gündəlik hesabatda deyilir.
ÜST-ün açıqlamasına görə, Çindən kənarda bu virusa yoluxma halı son gün ərzində 300 nəfər artaraq 2069 nəfərə çatıb. ÇXR-dən başqa 29 ölkədə koronavirus qeydə alınıb. Son gün ərzində 6 nəfər bu ölümcül virusun yaratdığı pnevmoniya səbəbindən dünyasını dəyişib. Ümumilikdə isə Çindən kənarda 23 nəfər virusun qurbanına çevrilib.
DİGƏR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı