Çoban faciəli şəkildə öldü
Xocavənddə çoban faciəli şəkildə ölüb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə rayonun Ağburun adlanan ərazisində baş verib. Orada heyvan otaran 51 yaşlı Elşən Hümbətov partlayıcı sursat tapıb. O, sursatla ehtiyatsız davrandığı üçün partlayış olub. Nəticədə E. Hümbətov hadisə yerində vəfat edib.
Xocavənd rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə gedərək baxış keçiriblər.Təhlükəsizlik tədbirləri görüldükdən sonra E.Hümbətovun meyiti ərazidən götürülərək morqa təhvil verilib.
Araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu