Çöpçüyə gedək, yoxsa həkimə? - Bu təhlükəli məqama diqqət!

# 14:46
21 fevral 2023

Maraqlıdır, çöpçüyə gedənlər həqiqətənmi şəfa tapırlar?

 

Bəs həkimlər çöpçülərə niyə etibar etmirlər?

 

Pediatr Səadət Hüseynova bildirir ki, bəzən uşaqlarda müxtəlif iltihabi proseslər olur, belə vəziyyətlərdə çöpçünün müdaxiləsi o zonada infeksiyanın yayılmasına gətirib çıxara bilər. 

 

Mütəxəssis deyir ki, üfürməklə uşaqların qida borusundan qəpik, bolt kimi yad cisimlərin çıxarılması tamamilə absurddur.

 

Maraqlıdır, çöpçülük qanuni fəaliyyət növüdürmü? Bu işlə məşğul olanlar gündəlik bu qədər insanı qəbul edib, pul qazandıqları halda vergi ödəyirlərmi?

 

Səhiyyə Nazirliyindən sorğumuza cavab olaraq çöpçülüyün tibbi xidmətlərə daxil olmadığı bildirildi. Dövlət Vergi Xidmətindən isə dedilər ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən gəlir əldə edən şəxslər vergi uçotuna duraraq, öz vergi öhdəliklərini yerinə yetirməlidirlər. Yəni gəliri olan hər kəs vergi ödəməlidir. Amma çöpçülərin fəaliyyəti bura daxil deyil. Çünki sayları azdır, bununla bağlı hansısa resursların yaradılması dövlətə sərf etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR