Coratda 16 yaşlı oğlan anasını öldürdü, qardaşını yaraladı

# 16:44
21 avqust 2023

 

Sumqayıtda dəhşətli qətl hadisəsi baş verib. 16 yaşlı oğlan öz anasını qətlə yetirib, qardaşını bıçaqlayıb. Avqustun 21-də Sumqayıt şəhər prokurorluğuna Sumqayıt şəhəri Corat qəsəbəsində 37 yaşlı Günay Zülfüqarovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, azyaşlı oğlunun isə xəsarət alması faktı üzrə məlumat daxil olub. Dərhal əraziyə hüquq mühafizə orqanları cəlb olub. Araşdırmalarla müəyyən olunub ki, Günay Zülfüqarova bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib, oğlu isə ağır xəsarətlər alıb. Ananın meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. Xəsarət alan şəxs isə dərhal xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə anasını kəsici alətlə qətlə yetirməkdə, qardaşını yaralamaqda şübhəli bilinən 16 yaşlı Əlfüqar Zülfüqarlını saxlayaraq istintaqa təhvil verib. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu­nda Cinayət Məcəlləs­inin 120.1 (qəsdən adam öldürmə) və 29,1­20.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cə­hd etmə) maddələri ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. Əli Əliyev, Ağa Əlizadə, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR