Çörəkbişirmə sexinə külli miqdarda ziyan vurdu
Şirvanda çörək bişirmə sexindən oğurluq edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA TV-yə verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən və fəaliyyəti dayandırılan çörək bişirmə sexlərinin birindən oğurluq edilməsi və müəssisəyə 13370 manat maddi ziyan vurulması barədə məlumat daxil olub.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xaləddin Əliyev saxlanılıb.
Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib