COVID-19-a yenidən yoluxmanın səbəbi açıqlanıb
Artıq bir dəfə COVID-19-a yoluxan şəxslərdə immunitet bitdikdən sonra xəstələrlə tez-tez təmasda olarsa onlar eyni virusa yenidən yoluxa bilər.
APA TV bildirir ki, bunu “RİA Novosti”yə tanınmış infeksionist Yevgeni Timakov söyləyib. O deyir ki, immunitet sistemi hər hansı bir dərman qəbulu nəticəsində zəifləyən zaman da təkrar yoluxma mümkündür:
"İnsanlar bir neçə səbəbdən yenidən xəstələnirlər. Koronavirus infeksiyası ömürlük toxunulmazlığa səbəb olmur. Bu su çiçəyi deyil".
Timakov deyir ki, insanlar hər il xəstələnirlər və 3-4 ildən bir patogenin yaratdığı xəstəlik təkrarlanır.
Bundan əlavə, mütəxəssisin dediyinə görə, əgər bir insan peşəsi və ya müəyyən şərtlər üzündən xəstə insanlarla daim təmasda olarsa, onun yenidən yoluxmaq ehtimalı çoxdur.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU