“Cümə” məscidində açılışdan sonra ilk cümə namazı qılındı
Nərimanov rayonunda yerləşən “Cümə” məscidində açılışdan sonra ilk cümə namazı qılınıb.
Məscidin imamı Ceyhun Rüstəmov cümə namazı münasibətilə dindarları təbrik edib. İmam xütbəsində dövlətin dindarlara qayğısından söz açıb. O, müstəqillik dövründə ölkəmizdəki məscidlərin sayının 2 minə çatdığını vurğulayıb.
Ceyhun Rüstəmovun imamətliyi ilə qılınan cümə namazından sonra dualar edilib.
Xatırladaq ki, aprelin 20-də Bakının Nərimanov rayonunda Prezident İlham Əliyevin təşəbbüsü ilə aparılan əsaslı təmirdən sonra “Cümə” məscidinin açılışı olmuşdu.
ORXAN ASLAN
HƏZRƏT BAYRAMLI
APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu