Dağdan yığdıqları bitkini yedilər, ailənin beş üzvü zəhərləndi - TOVUZDA
Tovuzda bir ailənin 5 üzvü zəhərlənib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Yanıqlı nümayəndəliyinin Məşədilər kəndində qeydə alınıb.
Bir ailənin beş üzvü - 1957-ci il təvəllüdlü Xanım Əhmədova, 1986-cı il təvəllüdlü Taleh Əhmədov, 1995-ci il təvəllüdlü Aysel Cəfərova, 2014-cü il təvəllüdlü İlkin Əhmədov və 2015-ci il təvəllüdlü Nihat Əhmədov zəhərlənmə diaqnozu ilə xəstəxanaya
yerləşdirilib.
Bildirilir ki, onlar dağdan yığıb yedikləri bitkidən zəhərləniblər. Hazırda vəziyyətləri
qənaətbəxş hesab olunur.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi