Dağıntılar altında qalan 4 azərbaycanlı tələbənin taleyindən xəbər yoxdur
Türkiyədə zəlzələ baş verən andan bizə daxil olan zənglərin araşdırılmasına başlamışıq.
Bunu APA-ya EKSKLÜZİV açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.
Səfir qeyd edib ki, zəlzələ baş verən bölgələrdə təhsil alan tələbələrin sayı çoxdur: “Artıq ikinci zəlzələ baş verəndə biz həmin bölgələrdə olan tələbələrin sayını müəyyənləşdirməyə və onlardan dağıntılar arasında qalanların olub-olmamasını dəqiqləşdirməyə başlamışdıq. Bizə daxil olan məlumatlardan Malatyada 4 tələbənin dağıntılar arasında qaldığı deyildi. Biz onların ad və soyadını dəqiqləşdirərək bütün xəstəxanalarda axtarış apardıq. Amma bu günə qədər hələ onlarla bağlı bir məlumat yoxdur. Biz yenə araşdırırıq. Türkiyənin rəsmi qurumlarının hər gün yaydığı ölən və xəsarət alanlar arasında da həmin tələbələrin adı çıxmayıb. Nəzərinizə çatdırım ki, bu məlumatlar hər gün yenilənir. Araşdırmalarımız davam edir”.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)