Dağıntılar altındakı uşaqların gözlərinə mələklər necə görünüb?

# 12:15
20 fevral 2023

Qardaş Türkiyə əsrin fəlakətini yaşayır. Zəlzəlnin yaratdığı faciəvi görüntülər isə hamımızın ürəyini ağrıdır. Yerlə bir olan binalar, beton piltələr arasında həyat uğrunda mübarizə aparan canlar, yarımçıq qalan həyatlar... Təbii fəlalakətin Türkiyəni sınaması ilə ortaya çıxan bu mənzərənin ən çox ağrı verən parçası isə tonlarla daşların arasında sıxılı qalan kiçik bədənlərdir. Ana südündən, yeməkdən, sudan məhrum olan o balacalar həyatda qalmaq üçün saatlarla, günlərlə mübarizə aparırlar. Budur dözdü, təslim olmadı  Kerem . O balaca ovcunda möhkəmcə sıxıb saxladığı anasının  saçları 20 günlük körpənin  yaşadığı fəlakətin izi idi əslində

 

Müayinə olunmadan su içə bilmərəm deyən Hazal.

 

Çox üşüyürəm deyib atasını səsləyən, xilas olunması ilə ürəyimizi isidən 5 yaşlı Yağmur.

 

Bu uşaqlar dağıntılar arasından cücərən möcüzələrdir. Və həmin uşaqların çoxu xilas olunduqdan sonra bu cümlələri qururlar: ac, susuz deyilik, bir nəfər gəldi, bizə yemək, su verdi, bizimlə oyun oynadı. Onların bu sözləri isə sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Əksər ilahiyyatçılar “uşaqlara yemək, su verənin onları qoruyan mələklər olub” deyə açıqlama verdilər. Bəs bu iddialar reallığa nə qədər yaxındır?

 

Psixoloq Vüsalə Əmiraslanova deyir ki, zəlzələdən zərərçəkən bu uşaqların çoxu hallüsinasiya görə bilərlər:

 

Dediyimiz kimi... təbii fəlakətin Türkiyəni sınağa çəkdiyi bir zaman dilimində orada xilasedicilər, burada isə biz beton piltələrin altından gələn səslərin, nəfəslərin ümid işığı olması üçün dua edirik. Ümid edək ki, evləri başına yıxılan uşaqlar, o balaca çiyinlərindəki daşların, toz-torpağın arasından sıyrılıb aydınlığa qovuşacaqlar.    

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR