Daha 15 erməni hərbçinin meyitinin qalıqları Ermənistana təhvil verilib
Qarabağda müharibədə ölən 15 erməni hərbçinin meyitinin qalıqları Ermənistana təhvil verilib.
APA TV-nin “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, erməni hərbçilərin meyitlərinin qalıqları Füzuli rayonu ərazisində tapılıb.
Qeyd olunub ki, 2020-ci il noyabrın 13-dən bəri Ermənistan tərəfi ümumilikdə 1 518 hərbçinin meyitinin qalıqlarını hərbi əməliyyatlar aparılan ərazilərdən toplayıb.
Xatırladaq ki, bundan əvvəl də Azərbaycan Ermənistan tərəfinə erməni hərbçilərinin meyitlərinin qalıqlarını təhvil verib.
DİGƏR XƏBƏRLƏR
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU
Qarabağdakı abidələr hansı tarixi həqiqətləri yaşadır?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 284 sakin yurda döndü