Daha 1676 nəfər COVID-19-a yoluxdu, 35 nəfər vəfat etdi

# 16:41
24 aprel 2021

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 676 yeni yoluxma faktı qeydə alınıb, 2 168 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 311 465 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 276 934 nəfər müalicə olunaraq sağalıb, 4 342 nəfər vəfat edib, aktiv xəstə sayı 30 189 nəfərdir.

 

Ölkədə son sutka ərzində 13 070, hazırkı dövrədək isə 3 178 044 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR