Bank Of Baku

Daha 20 min şəxs üçün birdəfəlik ödəniş həyata keçirilib

# 00:13
13 aprel 2020

İşsiz kimi qeydiyyata alınan şəxslərdən daha 20 min şəxsin birdəfəlik ödəmə ilə təmin olunması üçün vəsait bank filiallarına və poçt şöbələrinə köçürülüb.

APA TV-nin xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəhbəri Fazil Talıbov bildirib.

O qeyd edib ki, onların müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək. Mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” MMC qeyd edildiyi halda - istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə - həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.

Ödəmələrin verilməsi gündəlik davam edir.

Aprelin 9-dan etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq 55 min işsiz üçün birdəfəlik ödənişin aidiyyəti üzrə köçürülməsi təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR