Daha 4 rayon Türkiyəyə yardım aksiyasına qoşuldu
Salyan, Neftçala, Hacıqabul və Saatlıdan Türkiyəyə yardımlar yola salınıb.
Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələdən zərərçəkmişlərə yardım aksiyası çərçivəsində Salyan, Neftçala, Hacıqabul və Saatlı rayonları da humanitar yardım kampaniyasına qoşulublar.
İcra hakimiyyətlərinin təşkilatçılığı ilə başlayan yardım kampaniyasına rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri və ictimaiyyət nümayəndələri qoşulub.
Aksiyalarda əsasən geyimlər, dərman preparatları, yataq dəstləri, ərzaqlar, elektrik generatorları, qızdırıcılar toplanıb. Ümumilikdə 4 rayondan yığılan yardımlar 2 TİR-la Türkiyəyə yola salınıb.
Yardım kampaniyası bundan sonra da davam edəcək.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu