Daha 4268 nəfər COVID-19-a yoluxub, 4085 nəfər sağalıb, 43 nəfər vəfat edib
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4268 yeni yoluxma faktı qeydə alınıb, 4085 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 171 423 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 107 635 nəfər müalicə olunaraq sağalıb, 1 883 nəfər vəfat edib, aktiv xəstə sayı 61 905 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 378, ötən müddət ərzində isə ümumilikdə 1 938 244 test aparılıb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU