Bank Of Baku

Daha 526 nəfər koronavirusa yoluxub, 8 nəfər vəfat edib

# 17:36
10 iyul 2020

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 526 yeni yoluxma faktı qeydə alınıb, 502 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 22 990 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 14 093 nəfər müalicə olunaraq sağalıb, 292 nəfər vəfat edib, 8 605 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 576, ötən müddət ərzində isə ümumilikdə 552 311 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR